Qənirə Paşayeva tələbə yataqxanaları və ictimai nəqliyyat problemindən danışdı

Millət vəkili Qənirə Paşayeva parlamentdə hökumətin növbəti hesabatı zamanı bir daha tələbə yataqxanları məsələsini qaldırıb.

Etikxeber.az-ın xəbərinə görə, o, çıxışnda deyib ki, bu gün tələbələrin çoxu maddi cəhətdən nisbətən imkansız ailələrin övladlarıdır və onlar yüksək qiymətə kirayə evlərində yaşamaqda  çətinlik çəkirlər.
“Onların çoxunun tələbə yataqxanlarına ehtiyacı var. Ancaq təəssüflər olsun ki, bu məsələdə hələ də irəliləyiş yoxdur”.
Millət vəkili çıxışnda həmçinin, ictimai nəqliyyata nəzarət məsələsinə toxunub.
O, bugünlərdə 6 nəfərin faciəli ölümü ilə nəticələnən Bak-Sumqayıt yolunda baş verən  məlum qəzanı xatırladıb:
“Mən bilirəm ki, hörmətli nazirimiz Ramin Quluzadə  nəqliyyat məsələsi ilə bağlı bir sıra işlər görür, bu yöndə addımların atılması nəzərdə tututulur. Amma bununla belə, hesab edirəm ki, ictimai nəqliyyata nəzarət məsələsi ciddi diqqətdə saxlanılmalıdır. Bugünlərdə Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəza bunu bir daha aktual və zəruri edir”.
Etikxeber.az

Read Previous

Zahid Oruc yenə çox sərt danışdı: “Milyardlar talananda biz onları “görməmişik”, amma…”

Read Next

Prezident QMİ-yə 3 milyon manat ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir