Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən beynəlxalq konfrans çərçivəsində baş nazir Binəli Yıldırımla görüşüb.
Etikxeber.az xəbər xəbər verir ki, “Hər zaman Azərbaycanın yanındayıq” – deyən Türkiyənin baş naziri Binəli Yıldırıma millət vəkili Q.Paşayeva “Biz də hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq “ -deyib.
“Türkiyənin gücü Azərbaycanın Azərbaycanın gücü,Türkiyənin gücüdür”- deyən baş nazirlə söhbətində millət vəkili gənc nəsillərimizin məhz bu ruhda yetişməli olduğunu vurğulayıb.
“1 millət, 2 dövlət! Allah hər zaman Azərbaycanımızı,Türkiyəmizi qorusun, birlik və bərabərliyimizi daha da gücləndirsin!”- deyən millət vəkili ilə söhbət zamanı baş nazir Azərbaycandakı qardaş-bacılarımıza salam və sevgilərimizi söyləyin, deyib.
Q. Paşayeva beynəlxalq konfrans çərçivəsində həmçinin Türkiyənin naziri Faruk Çelik, TRT Genel Mudiri Şenol Goka ilə də görüşüb.
TRT Genel Müdiri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.
Qarabağ həqiqətlərinin daha da geniş yayılmasında KİV böyük rolu və missiyasından danışan millət vəkili görüşün sonunda Şenol Goka ve Faruk Çelikə həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
Q.Paşayeva həmçinin, Türkiyənin tanınmış televiziyaçı və jurnalistləri NTV kanalının aparıcı simalarından Oğuz Haksevər və “Sabah” qəzetindən Şeref Oğuzla və EKO Avrasiya təşkilatıın rəsmiləri ilə də görüşüb, onlarla Azərbaycan, iki qardaş ölkə arasında münasibətlər və Dağlıq Qarabağ problemi ilə bağlı fikir mübadiləsi aparıb və “Karabağ hikayeleri” kitabını hədiyyə edib.
Etikxeber.az