Qənirə Paşayeva və bəzi tovuzlu ziyalılar maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirusdan qorunmaq üçün-TİBBİ LƏVAZİMATLAR VƏ YARDIM GÖNDƏRDİ…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və bəzi tovuzlu ziyalılar Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndərib.

Etikxeber.az-ın xəbərinə görə,bu barədə millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib.

O, bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq üçün tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir.

İ. Kərimov yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib.

İ.Kərimov yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.

Millət vəkili isə bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atıldığını və davamlı olacağını bildirib.

Köməkçi həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Məhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Q. Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili, şəhid ailələri, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi-gigiyenik vasitələr və ərzaq göndərmişdi.

Bu dəstəklərin həyata keçirilməsində bəzi tovuzlu iş adamları və ziyalılar da millət vəkili ilə bərabər fəal iştirak ediblər.

Q.Paşayeva onlara xüsusi təşəkkürünü bildirərək inanıram ki, imkanı və əmək haqqı yüksək olan insanlar dünyada geniş yayılan və insanlarımız arasında da getdikcə yoluxma hallarının artdığı koronavirus pandemiyası ilə fəal mübarizə günlərində imkansız ailələrə daha çox dəstək olacaqlar deyib.

Etikxeber.az

Read Previous

“İlham Əliyev kimi mərd ölkə başçısının idarə etdiyi dövlətin vətəndaşları olduğumuza görə çox xoşbəxtik”-CAVANŞİR PAŞAZADƏ

Read Next

“Xalqımızın sağlamlığı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir