Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin bu gün keçirilən plenar iclasında Bakı Dövlət Universitetinin (BDU), o cümlədən, Bakıdakı digər bəzi universitetlərin yataqxanalarının olmaması gündəmə gətirilib.
Etikxeber.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva büdcə müzakirələrində çıxışı zamanı bildirib ki, yataqxananın olmaması səbəbindən xeyli gənc bölgədən gəlib ali təhsil ala bilmir, yaxud almaqda çətinlik çəkir.
Millət vəkili qeyd edib ki, illərdir, məsələ qaldırılsa da, BDU-nun sökülən yataqxanalarının yerində yenisinin heç bünövrəsi qoyulmayıb:
“Bu, ciddi problemdir. Belə mötəbər universitetinin yataqxanası yoxdur. Bu səbəbdən rayonlarda olan xeyli gəncimiz təhsil almaqda çətinlik çəkir. Çünki Bakıda kirayə evlərin qiyməti hər kəsə məlumdur”.
KAMİL
Etikxeber.az





