Qənirə Paşayevadan bir sıra xəstəliklərlə bağlı – ÖNƏMLİ TƏKLİFLƏR

Məktəblərdə şagirdlər arasında bu gün iki ciddi problem, iki ciddi xəstəlik müşahidə olunmaqdadır, biri skolioz, biri də kifozdur. Bu xəstəliklərin, xəstələrin sayı artmağa başlayıb. Bu, çox qorxulu və təhlükəli bir tendensiyadır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır:

Millət vəkili bildirib ki, bu xəstəliklərin gələcək üçün acı nəticələrini tibb mütəxəssisləri də yaxşı bilir:

“Bununla bağlı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi ilə müəyyən dinləmələr keçirilməlidir. Çünki məsələnin təkcə səhiyyə tərəfi yoxdur.  Bu il 25-ə yaxın məktəblini mən müəyyən xəstəxanalara yerləşdirmişəm. İki nəfər şagirdə əməliyyat lazım idi. Bu əməliyyatlar da həddindən artıq bahalıdır”.

Q.Paşayeva eyni zamanda deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir:

“Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır…”.

Millət vəkili bu yöndə dinləmələrrin keçirilməsinə də ehtiyac olduğunu söyləyib:

“Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirilməlidir”.

GANİRA-MM

Millət vəkili həmçinin, reproduktiv sağlamlıqla bağlı məsələnin həllini tapmasının vacibliyini vurğulayyıb.

Qeyd edib ki, bu yöndə qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac var:

“Bu qanun layihəsinin qəbuluna ehtiyac gündən-günə artmaqdadır. Hesab edirəm ki, artıq bununla bağlı qanun layihəsi parlamentin payız sessiyasının müzakirələrinə çıxarılmalıdır. Cəmiyyət, xüsusilə də, illərdir övlad həsrətində olan insanlar, ailələr bu qanunun qəbul olunacağı günü gözləyirlər. Övladsızlıq bir çox ailələrin sonda dağılması, parçalanması ilə nəticələnir. Ona görə də artıq həmin insanları sevindirmək, bu yöndə qanun layihəsini müzakirələrə çıxarıb, qəbul etmək lazımdır”.

Q. Paşayeva çıxışı zamanı bildirib ki, Azərbaycanda antibiotiklərlərin satışına da nəzarət artırılmalıdır.

Millət vəkilin sözlərinə görə, antibiotiklərlərin nəzarətsiz satışı məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır:

“Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”.

Q.Paşayeva sonra qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir:

“Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir”.

Deputat əlavə edib ki, bu gün ölkədə tibbi maarifləndirmə işində klinikaların və həkimlərin reklamları daha çoxdur:

“Əhalinin müxtəlif xəstəliklərlə bağlı düzgün şəkildə maarifləndirməsi zərurətə çevrilib”.

Q. Paşayeva daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq, bildirib ki, xüsusilə də, bu xəstəlikdən əziyyət çəkən insanların əlillik problemi öz həlli tapmalıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Onkoloji xəstəliklərlə bağlı bəzi dərmanların apteklərdə satışına icazə verilməlidir” – MUSA QULİYEV

Read Next

Autizm xəstəliyi və dərmanların reklamı ilə bağlı – KAMİLƏ ƏLİYEVANIN TƏKLİFLƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir