Paşayevadan sərt təpki: “İnsan da baldızına bu cür yanaşa bilərmi?”

“Bu məsələyə, atanın çağırışına hüquq-mühafizə orqanları ciddi yanaşmaldıır.Bu, nə dəhşətdir? Bu, nə əxlaqsızlıqdır? İnsan da öz baldızına bu cür yanaşa bilərmi? Bunu edən insanın əxlaq dəyərləri bitmişdir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, 14 yaşlı bir qız uşağının yoldan çıxarılması, qaçırılmasına qarşı ciddi tədbirlər görülməlidir.

“Məni ən çox üzən isə əgər belə bir açıqlama veribsə, oğlanın anasının, yaxınlarının söylədikləridir. Dəhşətlə və ürək ağrısı ilə oxudum. Bir qadın bunu necə deyə bilər?

Dəhşətli bir hadisədir. İnsanlarda ailəsnin içərisinə buraxdığı ən yaxın insanlarla bağlı şübhələr doğura biləcək qədər dəhşətli bir hadisə. Mənəviyyat və əxlaq normaları ilə bağlı gənc nəsillərimizə ciddi maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var.

Valideynlərin uşaqları ilə bağlı hər bir şübhəli məqam hər bir kiçik də olsa, xəbərdarlığa belə ciddi yanaşmasının vacibliyi çox önəmlidir. Çox qəribə bir dövrdən keçririk… Ağlımıza belə gətirmək istəmədiyimiz şeyləri çox yaxınlığımızda baş verən xəbər kimi oxuyuruq. Üzücüdür. Uşaqlarla bağlı daha çox diqqətli olmalıyıq ailəmizdən, çevrəmizdən başlayaraq”-deyə, Q. Paşayeva daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Pan Gi Munu o əvəzləyə bilər – Antoniu Quterriş

Read Next

“O çevrələrin dümsükləmələri nəticəsində rəsmi Bağdad Ankarayla qarşıdurmaya gedir…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir