“Qənirə xanım özünü yaxşı hiss edir…” – KƏMALƏ PAŞAYEVA

Millət vəkili Qənirə Paşayeva “kapral tunel”dən əziyyət çəkirmiş.

Etikxeber.az xəbər verir ki, bu haqda millət vəkilinin bacısı Kəmalə Paşayeva öz “Facebook” statusunda yazıb.

Qeyd edib ki, məhz bu səbəbdən xanım millət vəkili Türkiyənin  Memorial Şişli Xəstəxanasında əməliyyat keçirmək məcburiyyətində qalıb.

O, statusunda bunları yazıb:

kamala

kamala-1

“Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahtlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə, üzr istəyirəm.

Sizin narahtçılığınız və  diqqətinizi böyük sevği əlaməti olarak dəyərləndiririk.

 Məlumat üçün bildirirəm ki, Qənirə xanim qollarında meydana gələn “karpal tunel” narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub.

Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir.

 Memorial Şişli Xəstaxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, “karpal tulnel” bilək nahiyyəsində sinirlərin sıxışması səbəbli meydana çıxan əlamətlərdir. Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, 9 şaxəsi ilə birlikdə karpal boşluğundan keçir. Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir.

Bu sinir səbəbli həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir. Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəki fəaliyyətində patologiyalar meydana çıxır.

Etikxeber.az

 

Read Previous

Əflatun Amaşovla Asəf Hacıyev Yerevanda “Göy Məscid”də – FOTOLAR

Read Next

5 nəfər canavar hücumuna məruz qaldı və xəsarət aldı… – ASTARADA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir