Qərargah: İtkin düşən neftçilərdən birinin meyiti tapılıb

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.

Etikxeber.az xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini İlham Qafarovun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir”- deyə, B. Ağarəhimov bildirib.

Qurum rəsmisi qeyd edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: “Lakin küləyin sürəti saniyədə 41 metr olub”.

Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib: “Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb”.

Etikxeber.az

Read Previous

“Sovetski”də 2400-dən çox mənzil və qeyri-yaşayış sahəsi sökülüb”- ABİD ŞƏRİFOV

Read Next

Prezident İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin rəhbərini qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir