Qərargah:İtkin düşən neftçilərin axtarış-xilasetmə zonası daha da genişləndirilib

İtkin düşən neftçilərin axtarış-xilasetmə zonası daha da genişləndirilib, xarici bayraq altında üzən gəmilərlə də mütəmadi məlumat mübadiləsi aparılır.

Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılır.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış–xilasetmə əməliyyatları, uzunluğu 100 kilometr və eni isə 72 kilometr olan geniş ərazini əhatə edir.

Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilir.

Etikxeber.az

Read Previous

FİFA prezidenti dünya çempionatının Rusiya və Qətərdən alınmasının əleyhinə çıxdı

Read Next

Əliyev, Nazarbayev, Lukaşenko… FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir