“Qərb liderlərinin təbrikləri “narazılar”a növbəti tərs sillə oldu…” – ELDƏNİZ SƏLİMOV

Azərbaycanda keçirilən 11 aprel prezident seçkilərinin demokratikliyi, ədalətliliyi, şəffaflığı hər kəsə məlumdur. Amma buna şübhə ilə yanaşanlar, öz dar və cılız maraqları naminə hələ də prezident seçkiləri məsələsini “müzakirə” obyektinə çevirməyə çalışanlar  və bununla da guya nəsə əldə edə biləcəklərinə ümid edənlər yenə yalnış hesablama apardılar, yenə uğursuzluğa düçar oldular. Qərb dövlətlərinin əsas liderlərinin-ABŞ prezidenti Trampın, Almaniya kansleri Merkelin, Fransa dövlət başçısı Makronun, Böyük Biritaniya baş naziri Meyin ölkə Prezidenti İlham Əliyevə ünvanladıqları təbrik məktubları həqiqətin daha bir etirafı və “narazılar”ın “gözləntiləri”nin acı və kədərli sonluğu oldu. Onlar dünyanın və Avropanın ən nüfuzlu təşkilatlarının rəhbərlərinin təbriklərini görməməzliyə vuraraq, “bəlkə də qaytardılar” gözləntisi ilə aparıcı dünya dövlətləri liderlərinin başqa mövqe sərgiləyəcəklərinə bəsitcəsinə inanırdılar, amma həmin liderlərin son addımlara onlara sarsıdıcı zərbə və tərs şapalaq, tərs sillə oldu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

mey-ilya

Onun sözlərinə görə, əvvəla, seçkilərin taleyini Azərbaycan xalqı və Azərbaycan seçicisi həll edir və 11 apreldə də belə oldu.

O, qeyd edib ki, yəni, kimin nəyi söyləməsindən, deməsindən, hansı mövqeni sərgiləməsindən asılı olmayaraq, Azərbaycan cəmiyyəti demiokratik əsaslarla keçirilən növbəti seçkilərdə yenə öz müdrik seçimini etdi, ölkə Prezidenti İlham Əliyevdən başqa alternativ olmadığını və görmədiyini çəkinmədən, heç bir təsit altında olmadan dünyaya nümayiş etdirdi.

Millət vəkilinin bildirdiyinə görə, bu baxımdan, hansısa beynəlxalq qurumun, hansısa liderin Azərbaycanda keçirilən seçkilərin nəticəsinə təsir edə bilməsi və ya onu dəyişdirməsi gözlənilən və ehtimal edilən məsələ deyildi:

eldeniz salimovvv

“Kimsənin buna gücü yetməzdi. Azərbaycan xalqı öz seçdiyi, etimad göstərdiyi lideri, iqtidarı ilə dəfələrlə dünyaya sübut edib və etdi ki, onun iradəsin, onun seçiminə kimsə müdaxilə edə bilməz və bu yöndəki bu cəhdləri ilk andaca məhvə, fiaskoya məhkumdur. Ancaq çox təəssüflər olsun ki, özlərini barışmaz adlandıranlar, radikallıq, cığlallıq yolunu tutanlar, bəzən də onun-bunun havasına oynayanlar illərdir bu gerçəkliyi, bu reallığı dərk edə bilmirlər və ya dərk, qəbul, etiraf etmək istəmirlər. Bu, hər halda onların problemidir, onların məsələsidir, bizi qətiyyən narahat etmir, ilgiləndirmir. Bizim üçün əsas və vacib olanı odur ki, Azərbaycan xalqı, Azərbaycan seçicisi kifayət yetkindir, mətindir və müdrikdir, ona zorla nəyisə qəbul etdirmək mümkün deyil və hər dəfə də verdiyi sözünün, seçiminin arxasındadır. O, inanır və etimad göstərir ki, bu ölkənin inkişafı, tərəqqisi, sabitliyi, təhlükəsizliyi bu iqtidarla, ölkə Prezidenti cənab İlham Əliyev və onun son dərəcə uğurlu siyasəti ilə bağlıdır. Odur ki, xalq-iqtidar, iqtidar-xalq, xalq-İlham Əliyev birliyini, monolitliyini  heç nə, heç kim, heç bir qüvvə sarsıda bilməz və bilməyəcək. Qərb dövlətlərinin və liderlərinin də nəhayət, bu gerçəkliyi, bu reallığı, bu həqiqəti qəbul etmələri çox müsbət və qiymətləndirilməli bir haldır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşların iki silahlı şəxs saxladı

Read Next

“5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək mümkün deyil – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir