“Azərbaycan Avropadan prinsipiallıq gözləyir”-MİLLƏT VƏKİLİ

Sahib ALIYEV: “Qərbdəkilər bunu anlayacaq və Ermənistana, onun başında duranlara ABŞ Prezidenti Ruzveltin Nikaraqua diktatoru Samosaya yanaşdığı sayaq yanaşma təcrübəsinə son qoyacaqlar”

Azərbaycan Prezidenti İlham Əliyevin dünən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Toivo Klaara Ermənistan və Minsk qrupuna həmsədrlik edənlər haqda dedikləri fikrimcə, işğalçıyla havadarlarının diplomatik manevr imkanlarını daraltmaq və gələcəkdə baş verə biləcək savaşın bütün məsuliyyətinin onların üzərində olduğunu gösətrmək üçün idi.

Ümumiyyətlə, bu görüşdə məqsəd o idi ki, biz cənab Prezidentin təbirincə desək, “Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini” görmək, yəni bu qurumdan baş verənlərə və aparılan savaş hazırlıqlarına Türkiyə dövləti kimi prinsipial, qətiyyətli mövqe sərgiləməsini istəyirik.

Yəqin görüşün qapalı keçən hissəsində Ermənistanın əliylə törədilən 12 iyul təxribatının Avropa Birliyinin maraqlarına qarşı yönəldiyi də Toivo Klaarın diqqətinə çatdırılıb.

Çox təssüf ki, Avropa Birliyinin önəmli üzvlərindən biri Fransanın isə başı Şərqi Aralıq dənizi regionunda Türkyəni təkləməyə qarışıb.

Doğrudur, bu ölkənin maraqlı Prezidenti Makron səsinə heç kimin səs vermədiyini və Almaniya kanlsleri Merkelin tam kölgəsində qaldığını anlayaraq sonda onun dediklərini təkrarladı.

Amma üzərinə Yunanıstan-Türkiyə qarşıdurması deyil, Ermənistan-Azərbaycan münaqişəsinin həlliylə bağlı vasitəçilk missiyası götürən bir dövlətin bütün diqqəti hazırda bizim regionda olmalıdır.

Həm də ona görə olmalıdır ki, əgər işğalçı Ermənsitanın əliylə hazırlanan növbəti təxribat baş tutsa, bu, Avropa Birliyinin enerji təhükəsizliyi üçün də ən böyük zərbə idi.

Açıq deməliyik ki, bu təxribatın qarşısı Azərbaycan ordusunun yüksək peşəkarlığı sayəsində alınsa da, Ermənistanı ona həvəsləndirənlərin geniş əl-qol açmamalarında Fransanın bəyənmədiyi, bütün Avropanı üstünə salmağa çalışdığı Türkiyənin qətiyyətli və prinsipial mövqeyi az rol oynamadı.

Yəni, Azərbaycanla Türkiyə bu gün təkcə regionda öz maraqlarını qorumurlar, eyni zamanda Avropa Birliyi üçün də mühüm rol oynayan kəmərlərin, digər strateji kommunikasiya xətlərininin təhlükəsilziyini təmin edirlər.

Ona görə də Avropada bu regionda baş verənlərə səlib yürüşləri dövrünün fəlsəfəsiylə yox, 21-ci əsrin reallıqlarından yanaşmalı və anlamalıdırlar ki, Ermənstan təmsiçiləri onlarla qapalı görüşlərdə nə demələrindən asılı olmayaraq forpostluq etdiklərinin cızdığı çərçivədən heç vaxt kənara çıxa bilməyəcəklər.

Sorosçu Paşinyanın Suriyaya hərbiçilər göndərməsi, Qarabağ məsələsində kimliklərini və hara bağlı olduqlarını avropadakıların da yaxşı bildikləri Köçəryanla Sərkisyandan daha radikal mövqe tutması da bunun təsdiqi deyilmi?

Qarabağ probleminin həllini tapmamsı kimin maraqlarına xidmət edir- bundan əziyyət çəkən, bütün regional layihələrdən təcrid edilən, dilənçi kökündə yaşayan, demoqrafik depopulyasiya ilə üzləşən, bütün qonşularının milli ləyaqəti olmayan alət gözündə görüdükləri hayların, yoxsa ondan öz geosiyasi maraqlarının təmini üçün faydalananların?

İnanmaq istərdim ki, qərbdəkilər nəhayət, bunu anlayacaq və Ermənistana, onun başında duranlara ABŞ Prezidenti Ruzveltin Nikaraqua diktatoru Samosaya yanaşdığı sayaq yanaşma təcrübəsinə son qoyacaqlar.

Sahib ƏLİYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

500-600 və 600-700 arası balla ali məktəblərə qəbul olunan tələbələrlə-GÖRÜŞ KEÇİRİLDİ – FOTOLAR

Read Next

Spikerin səfəri yerində və məqamında olan bir səfər idi…Bu səfərdə çox incə diplomatik mesaj verildi…Özü də elə həmsədrlərdən birinin paytaxtında, ali kürsüsündə…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir