Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib – İDDİA

Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib.

Etikxeber.az-ın məlumatına görə, bu barədə “The Financial Times” qəzeti sövdələşmədə iştirak edən mənbələrə istinadən yazıb.

Məlumata görə, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olaraq girov götürülən əmirin 26 ailə üzvü, Suriyada isə terrorçuların girovluğunda olan 50  hərbçiyə görə bir milyard dollara yaxın pul ödəməli olub. İddiaya əsasən, girovların sərbəst buraxılması üçün adıçəkilən məbləğ bu ilin aprelində  “Əl-Qaidə”nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.

Etikxeber.az

Read Previous

İran Qətərə köməklik göstərməyə hazırdır?

Read Next

“Casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür” – QARALOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir