Qəza baş verən ərazidə itkin düşən neftçilərin yaşayış bloku tapıldı

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli neft yığım məntəqəsində baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə baş verən ərazinin yaxınlığında suyun dibində yaşayış bloku tapılıb.

Bu barədə Etikxeber.az-a “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində, bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayış bloku aşkar edilib.

Dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış blokunda yoxdur.

Axtarış işləri davam etdirilir.

Xatırladaq ki, dünən dənizin dibində aşkar edilmiş soyunub-geyinmə budkası sudan çıxarılıb.

Etikxeber.az

Read Previous

“Onlar kənardan mənim müşahidə etdiyimi görmürdülər…” – DEPUTAT

Read Next

İsraillə “Dəmir günbəz”in alınmasına dair razılaşma əldə olundu – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir