“Qəbələ” Yuniçlə anlaşdı…

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Etikxeber.az  klubun saytına istinadla xəbər verir ki, 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi İvitsa Yuniçi heyətinə qatıb.

Otuz bir yaşlı müdafiəçi ilə 2019-cu ilin sonunadək qüvvədə olan müqavilə imzalanıb.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. İ.Yuniç sonra Avstriyanın “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşanın “QKS”, Ukraynanın “Volın”, “Çernomorets”, Rusiyanın “Orenburq” klublarında çıxış edib.

Sonuncu mövsümün birinci yarısını Qazaxıstanın “Atırau” komandasında keçirən futbolçu bu ölkə çempionatında 18 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Baukunu heyətinə cəlb edib.

Etikxeber.az

Read Previous

Tahir Rzayev Əliyevlə Elçibəyin müdafiəsinə qalxdı, Leyla Yunusu “topa” tutdu: “SƏRSƏMLƏYİR, SAYIQLAYIR, YENİ “TAPŞIRIQ”LARI İCRA EDİR”

Read Next

“Səbirsizliklə təmiz və maraqlı qarşılaşmaların keçirilməsini gözləyirik” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir