Qəhrəman Qızılhacılım, İgid Qızılhacılılarım…Səninlə necə fəxr etməyim, səninlə necə fəxr etməyəsən?!-KAMİL HƏMZƏOĞLU YAZIR

Birinci Qarabağ Savaşında, Birinci Vətən Müharibəsində (1988-94-cü illərdə və 2016-cı ilin Aprel döyüşlərində) 20-dən çox Şəhid verən, 3 Şəhid Milli Qəhrəmanı olan kəndimiz (qəsəbəmiz) – Goranboyun Qızılhacılı kəndi İkinci Qarabağ Savaşında, İkinci Vətən Müharibəsində də ən öndə oldu…

Onlarla igidi, aslan parçası (hardasa 100-ə yaxını) İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə, Zəfər yürüşünə yollandı, döyüşə atıldı könüllü şəkildə…

Kəndimiz bu dəfə 6 Şəhid (əslində 7) verdi – subay, 22 yaşlı Fariz, iki uşaq atası, 27 yaşlı Elman, 3 uşaq atası-hərbi həkim Nofəl, Nofəlin xalası oğlu-subay İlkin, İlkinin dostu-nişanlı olan Kənan (əmisi Cabbar da Birinci Qarabağ Savaşında, 1994-cü ilin yanvarında Şəhid olub) və 7 bacının tək qardaşı, 19 yaşlı Elşən…

İki dəfə raket hücumuna, 4 ev tam və qismən dağıntıya məruz qaldı…

1 nəfər ( əslən Xanqərvənd kəndindən olan və Qızılhacılıya gəlin köçən, 40 ilə yaxın Qızılhacılıda yaşayan 65 yaşlı yaşlı Raziyə Abbasova) raket zərbəsi-mərmisi nəticəsində dünyasını dəyişdi, terrakt qurbanı oldu…

5 nəfər (3-ü bir ailədən və biri də uşaq ) ağır yaralandı…

Tarixən Qızılhacılının bir parçası-Qızılhacılı sovetliyinə (bələdiyyəsinə) aid olan Balakürd iki Şəhid verdi…

Qaşaltı terraktının qurbanlarından olan Afaq Əmirova əslən Qızılhacılı qızı idi, yas mərasimi də kəndimizdə, ata ocağında olmuşdu…

Naftalandan olan Şəhid Fərid İlqar oğlu Adıgözəlovun da bir tərəfi təmiz Qızılhacılılı idi…Anası Qızılhacılıdandır-rəhmətlik Rəcəb kişinin qızıdır…

Beləliklə, ikinci Vətən Müharibəsində ən çox Şəhid verən kənd (kəndlərdən birincisi) yenə Qəhrəman Qızılhacılım oldu…

Yaralananların, xəstəxanalarda müalicə alanların da sayı-hesabı yox…Allah şəfalarını versin!

Belə kəndlə, belə oba ilə, belə igidlərlə-Şəhidlərlə, Qazilərlə necə fəxr etməyəsən, necə qürurlanmayasan?!

Allah cəmi Şəhidlərimizə rəhmət etsin!

Qarşılarında baş əyirik, baş əyirəm!

Başımızın, başımın tacısınız!

Qarabağ Azərbaycandır və nida işarəsi!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıran əsas amillərdən birinə çevriləcək”-RAMİN MƏMMƏDOV

Read Next

“Azərbaycan bayrağı tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”-Spiker – Milli Məclis İlham Əliyev və Azərbaycan xalqına – MÜRACİƏT ETDİ – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir