“Qələbə sevincinə görə hər zaman onlara borcluyuq…”-DEPUTAT ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİ, ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

Bərdə rayonu Şəhidlər Xiyabanını şəhid ailələri və qazilərimizlə birlikdə növbəti dəfə ziyarət etdik.Şəhidlərimizin əziz xatirəsini daim yad edərək, onların uyuduğu torpağı ziyarət etmək bizlər üçün müqəddəs bir vəzifədir.Vətənimizin bütövlüyü, Qarabağın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.

Bildirib ki, biz qələbə sevincinə görə hər zaman onlara borcluyuq.

“Eyni zamanda, Şəhidlər Xiyabanında həyata keçirilmiş yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olduq. Bərdə rayon İcra Hakimiyyətinə, Bərdə şəhər Bələdiyəsinə və əməyi keçən hər kəsə təşəkkür edirəm.Ziyarət zamanı şəhid ailələri tərəfindən Şəhidlər Xiyabanı ilə bağlı bizim diqqətimizə çatdırılan müəyyən istəkləri müvafiq yerli icra orqanlarının nümayəndələri ilə yerindəcə müzakirə edərək, tez bir zamanda həll olunmasını xahiş etdik.Allah bütün şəhidlərimizə rəhmət eləsin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ermənistanda seçkilər, prosesdən kimin qalib çıxması, kimin iqtidara gəlməsi bölgədə Azərbaycanən diqtə etdiyi reallığı dəyişə bilməz”-BƏHRUZ MƏHƏRRƏMOVUN BAXIŞI

Read Next

XİN Türkiyəyə vizasız səyahətlə bağlı-MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir