“Qələbənin sevincini yaşamaqla eyforiyaya qapılmaq yolverilməzdir” – HAKİM

“Millimiz 2 oyuna maksimum göstərici, 6 xal toplayıb. Həqiqətən möhtəşəm nəticədi. Qələbənin sevincini yaşamaqla eyforiyaya qapılmaq yolverilməzdi. Doğru analizlər aparılmalıdır”.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış hakim Tahir Süleymanov dilə gətirib.

Onun sözlərinə görə, fiziki, texniki, taktiki, psixoloji, nəzəri baxımdan ciddi rəqiblərdən çox geri qalırıq. Bunun da illərlə yığılan səbəbləri var.
O, qeyd edib ki, Prosineçki Berti Foqtsla müqayisədə səmimi, sadəliyi və ən əsas yerli gənclərə inamı ilə seçilir. Azərbaycana gəldiyi ilk gündən futbol istedadlarımızın olduğunu bildirib. Bəhanələr axtarmır, hər dəfə futbolçulara inandığını dönə-dönə vurğulayır. Psixoloji baxımdam çox önəmli addımdı…Görüşdən sonra müxtəlif açıqlamalar oldu:
“Kapitan Rəşad Sadıqov məşqçinin tapşırığına əsasən ilk 15 dəqiqəni ehtiyatlı başlamaları olduğunu vurğulayıb. Erkən qolun planları pozduğunu önə çəkərək rəqibin ciddi təzyiqlərilə üzləşdiklərini və müdafiədən oynamaq məcburiyyətində qaldıqlarını bildirib.
Prosineçki futbolçulara təşəkkür edərək əzmkarlıq , döyüşkənliyin hesabına qələbə qazanıldığını, ot örtüyünün durumundan narazı qaldığını dilə gətirib. Baş katib Elxan Məmmədov isə öz nüsahibəsində baş məşqçinin tapşırığı əsasında erkən qolun(!) vurulmasını önə çəkib. Baş məşqçi və futbolçular Norveçin hansı gücə sahib olduqlarını bilirdilər və Azərbaycan millisi o potensiala sahib deyil ki, ilk dəqiqələrdən rəqibə diqtə edən tərəf olsun. Nəticə müsbət olsada, 90 dəqiqə bunu əyani göstərdi.
Qazanılan qələbə hər birimizindi, Azərbaycanındı. AFFA, məşqçilər korpusu, futbolçular, azarkeşlər, əməyi keçən hər kəsə təşəkkürlər…
Qazanılan altı xalın davamını gətirmək istəyiriksə hərə öz işi ilə məşğul olmalıdı. Təşkilatçılğa cavabdehlər nəzarəti gücləndirməlidir ki, bir daha körpüdən heç bir azarkeş yıxılıb reanimasiyaya düşməsin. Müvafiq qurumlarla azarkeşlərin stadiona gəldiyi marşruta yenidən baxılıb lazımı təhlükəsizlik tədbirləri görülməlidi. FİFA və UEFA-nın bir nömrəli tələbi insan-azarkeş təhlükəsizliyidi. Yaddan çıxarılmamalıdı, Olimpiya stadionunda AVRO-2020-nin final mərhələsinin oyunları keçiriləcək. Qarşıdakı oyunlarda millinin daha inamlı oynaması üçün meydanın ot örtüyü ideal vəziyyətə gətirilməlidi”.

T. Süleymanov sonr deyib ki, qəbələdə çalışan və ot örtüyünə cavabdeh ingilis mütəxəssizin sözünə qüvvət, hava şəraitini, istini önə çəkmək bəhanədən başqa bir şey deyil:

“Prosineçkinin oyundan bir gün öncə əsas meydanda məşq edə bilməmələrini önə çəkməsi haqlı iraddı. Bu amillər milliyə, futbolçulara psixoloji baxımdan çox mənfi təsir edir.
Nəticələrimizin davamını istəyiriksə eyforiyadan uzaq durmalı, hərə öz vəzifəsinə uyğun məsuliyyət daşıdığı sahəylə məşğul olmalı, cavabdehlik daşımalıdı. Azərbaycanda hər zaman istedadlar olub. Onların üzə çıxarılması, inkişafınını təmin olunması üçün sistemli iş qurlmalıdı. Əks halda qazanılan uğurlar qarşıdakı Çexiyayla oyundaca bumeranq rolunu oynaya bilər.
Ümumi futbolumuza uğurlar arzusu ilə…”

Etikxeber.az

Read Previous

Xüsusi statuslu mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşları artırılır

Read Next

Əliyevlə Ərdoğan bir araya gəldi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir