“QƏLB QAPILARI…” – Deputat yazır

Bəzi qapılar var ki, onlar sadəcə içəridən açılır. Onun adı Qəlb qapısıdır… İnsanlarla elə rəftar edin ki, qəlblərindəki qapı ömürlür sizə qapanmasın. Həyatın qəribə işləri var. Bəzən canımızı belə qurban verməyə hazır olduğumuz insanlara bir müddət sonra “Qəlb qapımız” elə bağlanır ki, onları bir daha həmin insana aça bilməyə özümüzün belə gücü çatmır artıq…

Çox həssası o qapılar. Bir dəfə qapandımı, bir daha açılmaz. Nə qədər peşiman olub, təkrar günlərlə, aylarla döysəniz də… 19-cu əsrin məşhur rəssamlarından olan Uilyam Holman Huntın “Kainatın işığı” adını verdiyi möhtəşəm tablosunu, əsərini yəqin ki izləmisiniz. Gecə əlində bir fənərlə baxçada duran filosof görünüşlü bir adam təsvir olunub. Adam bir əliylə fənəri tutur, digəri ilə qapını vurur və içəridən bir cavab gözləyən halda durur.

ganira_pashayeva_180215_1 (1)

Həmin bu əsər London Kral Akademiyasında sərgilənən zaman tablonu incələyən bir sənət tənqidçisi Hunta dönərək deyir:
“Həqiqətən, gözəl bir tablodur, amma anlamını heç cür qavraya bilmirəm. Adamın vurduğu qapı heç açılmayacaqmı? Qapı cəftəsini, (qapını döymək üçün tokmak) çəkməyi deyəsən unutmusunuz…”

Hunt gülümsədi və o möhtəşəm cavabını verib tablosunun anlamını açıqladı:

“Adam sıradan bir qapını vurmur ki… Bu qapıinsan qəlbini simvolizə edir. Ancaq içəridən açıla bildiyi üçün bayırında cəftəyə (tokmağa) ehtiyac yoxdur…”

P.S: Ürəklərinizin qapısını həmişə açıq saxlayın – yaxşılığa, munisliyə… Heç vaxt unutmayın ki, çöldə-bayırda laqeydliyin, biganəliyin üşütdüyü, zalımlığın qaçqın saldığı, sənin ünvanına ümid qapısı kimi üz tutan kimsə dayanıb.

Bəlkə də, anandı, bacındı, qardaşındı…

ganire

Qənirə Paşayeva,

Millət vəkili

Etikxeber.az

Read Previous

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

Read Next

Neftin qiyməti ucuzlaşmaqda davam edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir