Qənirə Paşayeva da “komitəsi”nin üzvlərini-BİR ARAYA GƏTİRƏCƏK – SABAH

Sabah, sentyabrın 17-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı palamentin daha bir-Mədəniyyət komitəsinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa komitənin rəhbəri, professor Qənirə Paşayeva sədrlik edəcək.

İclasda komitənin yaz və növbədənkənar sessiyalardakı fəaliyyəti ilə bağlı hesabatı, o cümlədən, payız sessiyası ilə əlaqədar işlər planı müzakirə və təsdiq ediləcək.

İclasda cari məsələlərlə də bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, adıçəkilən komitənin üzvləri bunlardır:

Qənirə Ələsgər qızı Paşayeva – Sədr

Fazil Qəzənfər oğlu Mustafa – Sədr müavini

Aqil Məhəmməd oğlu Abbas  
 
Ülviyyə Cavanşir qızı Ağayeva  
 
Novruzəli Davud oğlu Aslanov

Nizami Qulu oğlu Cəfərov

Ələkbərov Əziz Yusif oğlu

Cavanşir Əyyub oğlu Feyziyev
 
Ülviyyə Tapdıq qızı Həmzəyeva  
 
Sabir Xudu oğlu Rüstəmxanlı 
 
Mixail Yuryeviç Zabelin

Onu da qeyd edək ki, Q. Paşayeva 6-cı çağırışdan (bu ilin martından) bu komitəyə sədrlik edir.

Etikxeber.az

Read Previous

Fərhad Əhmədov “Dostluq”, Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi-SƏRƏNCAM(LAR) – YENİLƏNİB

Read Next

Daha 141 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir