Qənirə Paşayeva daha 3 Şəhid ailəsi ilə görüşdü-ONLARI DİNLƏDİ VƏ…- FOTOLAR – YENİLƏNİB

Növbəti dəfə Şəhid ailələri ilə parlamentdə görüş keçirildi.

Yenə də Millətinin Vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə xanım Paşayevə Şəhid ailələrini qəbul etdi, onlarla görüşdü.

Budəfəki görüşdə Bərdəli-İkinci Vətən Müharibəsinin Şəhidi, evin tək və nişanlı oğlu Fəxri Qəribzadənin anası Mehparə xanım, İsmayıllıdan olan Şəhid, evin tək və subay oğul Fərid Əliyevin anası Rəna xanım və Mingəçevirli Şəhid, ailənin tək övladı, cəmi 11 ayın bəyi və bir övlad atası Əli Rzayevin həyat yoldaşı Gülü xanım iştirak edirdi.

Bu görüş də çox səmimi, duyğulu və isti ortamda baş tutdu.

Öncə Qənirə xanım Şəhid ailələrinə bir daha başsağlığı verdi, onlara bir daha Allahdan səbr dilədi.

Eyni zamanda, tarixi Qələbə və Zəfərimizdə böyük xidmətləri olmuş üç Şəhidimizlə və cəmi Şəhidlərimizlə Azərbaycan xalqı Fəxr edildiyi, Qürur duyulduğunu bildirdi.

Bildirdi ki, Şəhidləri Baş tacımız, And yerimizdir və daim onlara borcluyuq.

Həmçinin qeyd etdi ki, qapısı, Milli Məclisin qapıları daim Şəhid ailələrinin üzünə açıqdır və istənilən vaxt onları qəbul etməyə, onlarla görüşməyə hazırdır.

Şəhid anaları və Şəhid xanımı da öz növbəsində səmimi görüş üçün öz minnətdarlıqlarını bildirdilər, onları maraqlandıran və narahat edən məsələlərdən danışdılar.

Və narahatlıq doğuran, qaldırılan problemlərin həlli ilə bağlı Qənirə xanım tərəfindən konkret addımlar atıldı.

Səmimi və isti ortamda keçən görüş iki saata yaxın davam etdi və sonda xatirə fotoları çəkdirildi, hədiyyələr təqdim edildi.

14:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2025 yeni yoluxma-DAHA 22 ÖLÜM…

Read Next

Ailənin tək və subay oğlu, ali təhsilli, 3 medallı, ayağında hələ də 3 qəlpə qalan Vətən sevdalısı-QAZİ CAVİD AŞİROV…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir