Qənirə Paşayeva iki gəncə toy etdi – “Duyğulu anlar yaşadıq”

“Mələk üzlü Əfsanəni “Vağzalı” sədaları altında evimizdən gəlin köçürdük. İlk dəfə idi evimdən gəlin köçürürdüm. Çox duyğulu anlar yaşadıq”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun dediyinə görə, “Ümid Yeri” valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüyüblər Əfsanə və Elşən.

“Bir-birilərini seviblər və bu gün gözəl bir ailə qurdular. Gözəl Əfsanəyə həyat yoldaşı ilə bir ömür mutluluq dilədik. Allah hər zaman onlara yardımçı olsun, xoşbəxt olsunlar, gözəl övladları olsun. Nigar xanımın gözləri aydın olsun. Bütün dostlara Nurane Güler, Aybeniz Haşımovaya, əməyi olan hər kəsə və bu gün gözəl qızımızı bizimlə birlikdə yola salmağa gələn bütün insanlara təşəkkürlər!”-deyə, o, daha sonra qeyd edib.

qan-t-y-2

Etikxeber.az

Read Previous

Millət vəkili: “Intizarla gözlədiyimiz ümumxalq səsverməsi artıq baş tutdu”

Read Next

“Bu sual artıq ortadan qalxıb…”- MSK sədri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir