Qənirə Paşayeva növbəti dəfə-ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ, ONLARI DİNLƏDİ VƏ GÖRÜŞDƏ QALDIRILAN MƏSƏLƏLƏRİ AİDİYYATI QURUMLARIN DİQQƏTİNƏ ÇATDIRDI… – FOTOLAR

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva bu gün növbəti dəfə bir qrup Şəhid ailəsini qəbul edib, onlarla görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, MM-in komitə sədri ilə görüşdə Goranboy rayonundan Şəhid Fariz Qurbanovun anası Lətafət Qurbanova, Hidi Vəliyevin anası Sənubər Teymurova, Vüsal Nağıyevin anası Cəmilə Nağıyeva, Samux rayonundan Şəhid-“Azərbaycan Bayrağı” ordenli Emil Sadıqzadənin anası Şəlalə Əsədova, Abşeron rayonundan Şəhid-“Vətən Müharibəsi Qəhrəmanı” Vüqar Ağayevin anası Xanım Ağayeva, Mingəçevir şəhərindən Şəhid Elmin Əlizadənin anası Aynur Əliyeva, Ucar rayonundan Şəhid-“Azərbaycan Bayrağı” ordenli Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, əslən Cəbrayıl rayonundan olan Şəhid-“Qarabağ” ordenli Elsəvər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva, əslən İmişli rayonundan olan Şəhid-3-cü dərəcəli “Rəşadət” ordenli Əsəd Həsənovun anası Mələk Həsənova, Bərdə rayonundan-Şəhidliyi hələ də təsdiqlənməyən İkinci Vətən Müharibəsi iştirakçısı Elvin Cəfərzadənin anası Şərqiyyə Cəfərzadə və digər Şəhd ailələrinin üzvləri, ziyalılar iştirak ediblər.

Hər zaman Şəhid ailələrinə həssas münasibəti ilə seçilən Qənirə Paşayevanın budəfəki görüşü də səmimi və isti ortamda baş tutub.

Qeyd edək ki, görüş zamanı öncə 20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə bağlı cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Şəhidlərin ruhlarına dualar edilib.

Sonra Qənirə Paşayeva hər bir Şəhidin və hər bir Şəhid ailəsinin Azərbaycan xalqının baş tacı olduğunu, onlara daim hörmət və ehtiramla yanaşlıdığını dilə gətirib.

Qeyd edib ki, Şəhidlərə ehtiram, onların ailələrinə həssas münasibət, diqqət və qayğı kimliyindən asılı olmayaraq, hər bir kəsin, hər bir Azərbaycan vətəndaşının borcudur.

Onun dediyinə görə, Şəhidlərə və onları yetişdirən Qəhrəman ailələrə borcumuz heç zaman ödənməz və ödənməyəcək.

MM-in komitə sonra bir-bir Şəhid ailələrini dinləyib, onları maraqlandıran və narahat edən məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlar və şəxslərlə əlaqə saxlayıb, danışıqlar aparıb.

Şəhid ailələri də öz növbəsində həssas və səmimi münasibətinə görə Qənirə Paşayevaya dərin minnətdarlıq və təşəkkürlərini dilə gətiriblər.

Şəhid ailələri ilə səmimi və isti ortamda baş tutan görüş 4 saata yaxın çəkib.

Görüşün sonunda isə Şəhid ailələri ilə xətirə fotoları çəkdirilib, onlara hədiyyələr təqdim olunub.

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 43 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Avropa Birliyindən Rusiyaya qarşı 10-cu-SANKSİYA PAKETİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir