“Qərb yenə də bol-bol nəsihətlər verməklə məşğuldur…”-ƏRDOĞANDAN ETİRAZ

Bu günə kimi bol-bol nəsihət verən Qərb yenə nəsihətlərinə davam etməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu bir az öncə yerli jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, bu gün axşam saatlarında NATO-nun Ukrayna ilə bağlı keçiriləcək sammitində Rusiyanın addımlarının təkcə qınama ilə kiyafətlənilməsinin düzgün olmadığını bildirib.

“NATO daha qərarlı addım atmalıdır, qınama ilə kifayətlənməməlidir. Təəssüflər olsun ki, bu günə kimi Qərb bol-bol nəsihətlər verməklə məğul olub, bu gün də nəsihətlərini davam etməkdədir. Hər hansı bir real addım yox, sadəcə, bol-bol qınamalar var. Bol-bol nəsihətlərlə, bol-bol qınamalarla heç nə əldə etmək olmaz. Çox istərdim və təmənna edərdim ki, NATO daha qərarlı addım atsın”-deyə, Ərdoğan sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının finalı Sankt-Peterburqdan alınaraq-PARİSƏ TƏHVİL VERİLDİ

Read Next

“Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə Moldovanın ərazisinə keçə bilər…”-XİN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir