Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlandı

Martın 9-da Dohada Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Etikxeber.az AFFA-ya istinadla xəbər verir ki, heyətə Şahrudin Magomedaliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Abbas Hüseynov (hər üçü “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov (hər ikisi “Qarabağ”), Tellur Mütəllimov, Urfan Abbasov, Magomed Mirzabekov (hər üçü “Qəbələ”), Arif Daşdəmirov (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hər üçü “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Rauf Əliyev (“İnter”) və Mahir Mədətov (“Qarabağ”) dəvət olunublar.

Etikxeber.az

Read Previous

“Atambayev erməni məsələsində Azərbaycana və Türkiyəyə qarşı çıxmaqla Gülənin qisasını alır” – MİRZƏBƏYLİ

Read Next

Əliyev Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etdi – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir