“Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə qədər uzanacaq”- Səfir

İran-Azərbaycan əlaqələri ildən-ilə inkişaf edir. Hər iki dövlətin birgə həyata keçirdikləri layihələr bunu sübut edir.

Etikxeber.az KİV-lərə istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin “Fars” xəbər agentliyinə verdiyi müsahibədə deyib.

Diplomat nəzərə çatdırıb ki, iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək Astara(Azərbaycan)-Astara(İran) körpüsünün inşası davam edir və cari ilin sonunda istifadəyə veriləcək:

Gələn il isə İranda Qəzvin-Rəşt dəmir yolunun tikintisinə başlanacaq. Bu yol gələcəkdə Azərbaycanın Astara şəhərinə qədər uzanacaq və yüklərin daşınması prosesi asanlaşacaq. Bu dəmir yolu xətti Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsidir və Azərbaycan yolun tikintisinə investisiya yatırmaqda maraqlıdır“.

Səfir müsahibəsində onu da bildirib ki, İran Ermənistan-Azərbaycan münaqişəsinin həllində beynəlxalq prinsipləri əsas tutur və problemin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Rəsmi Tehran münaqişənin həllində vasitəçilik etməyə hazırdır.

Etikxeber.az

 

Read Previous

Paytaxt Gəncə olacaq…

Read Next

Sahib Alıyev: “Rusiyanın regionun lider dövləti olan Azərbaycanı özündən narazı salması lazımdırmı?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir