Qaçaqmalçılıq yolu ilə İrana spirtli içki aparılmasının qarşısı alınıb – FOTO

Azərbaycan Respublikasından İran İslam Respublikasına spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə,Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda Azərbaycandan İrana gedən İran İslam Respublikasının vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı, sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.

Yoxlama zamanı, avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsüldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda birlitrlik araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Erməni bilsin ki, o, Azərbaycan xalqının qəhrəman oğulları ilə üz-üzə dayanıb” – DEPUTAT

Read Next

İsmayıl Ömərovla İlqar Qılıcov da “Deputatlar binası”na köçəcəklərmi? Və ya Hadi Rəcəbliyə qarşı haqsız təpkilərin arxasında nə dayanır? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir