Qadın alveri ilə məşğul olan şəxs tutuldu – DİN

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymuş Balakən rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Balakən rayon sakini Niyar Novruzovanın 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Etikxeber.az

 

Read Previous

Valyuta mübadilələsi qaydalarının pozulmasına dair 2 işin istintaqı yekunlaşdı…

Read Next

Prezident Atambayevə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir