Qadın boksçularımız qızıl medal uğrunda rinqə çıxacaqlar

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final yarışları keçiriləcək.

Etikxeber.az xəbər verir ki, turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova finalda bolqarıstanlı Stanimira Petrova ilə qarşılaşacaq. Yelena Vstropova (69 kq) isə qızıl medal uğrunda Türkiyə idmançısı Sema Çalışkan ilə üz-üzə gələcək.

Səksən bir kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə (+81 kq) mübarizə aparan Aynur Rzayeva Avropa çempionatını bürünc medalla başa vurublar.

Etikxeber.az

Read Previous

Avtomobilin gizli saxlanc yerlərində pirotexniki vasitələr aşkar edildi – FOTOLAR

Read Next

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir