Qadın idman gimnastlarımız qızıl, kişi atletlərimiz isə gümüş medala sahib oldu- FOTOLAR

Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikasında növbəti təsnifat mərhələsi və komanda hesabında mükafatlandırma mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, idman gimnastikası yarışlarında Azərbaycanı kişilərdən Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, qadın atletlərdən isə Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.

Azərbaycanın qadın idman gimnastları komanda hesabında IV İslam Həmrəyliyi Oyunlarının çempionu olublar. Komandamız 99.300 xal toplayıb. Türkiyə millisi 96.050 xalla ikinci, İndoneziya isə 68.150 xalla üçüncü olub.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

gimnast-8

gimast-7

Çempion gimnastlarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Kişilərdən ibarət komandamız isə yarışda gümüş medala sahib olub. Atletlərimiz komandamızın aktivinə 161.700 xal yazdırıblar. Türkiyə 163.450 xalla birinci, İran isə 152.150 xalla üçüncü yeri tutub.

Mükafatlandırma mərasimində medalları atletlərə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe təqdim edib.

Gimnastlarımız müxtəlif hərəkətlər üzrə final mərhələsinə yüksəliblər. İdman gimnastikasının ayrı-ayrı hərəkətləri üzrə final mərhələləri və mükafatlandırma mərasimi mayın 15-də keçiriləcək.

Xatırladaq ki, ötən gün bədii gimnastika yarışında da Azərbaycan gimnastları qızıl medallara sahib olublar. Gimnastlarımızın ilk qızıl medalını Azərbaycana Marina Durunda, Zöhrə Ağamirova və Jalə Piriyeva qazandırıblar.

Etikxeber.az

Read Previous

Azərbaycanın 3 kişi və 3 qadın karateçisi medallar uğrunda mübarizə aparır: Roman Heydərov qələbə ilə başladı – YENİLƏNİB (1)

Read Next

Ruslan Lunyovun 2-ci, Azərbaycanın 12-ci qızıl medalı… – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir