“Qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir” – DEPUTAT

Bu gün Milli Məclisdə (MM) “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva  bu Konvensiyaya qoşulmağımızın, bununla bağlı qanun layihəsin qəbul olunmasının vacibliyi haqqında geniş fikirlərini bölüşüb.

Etikxeber.az xəbər verir ki, Q. Paşayeva “18 yaşına çatmamış uşaqlarımızı qorumaq üçün bütün vacib qanun,qərarları qəbul etməli və onların yerinə yetirilməsi istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır”-deyib və bir sıra təkliflərlə çıxış edib.

Millət vəkili  hökümət və parlamenti  digər vacib bir Konvensiyanı – qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb.

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulayan millət vəkili “ölkəmizin bu Konvensiyanı imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası bu ilk növbədə bizim insanlarımız üçün lazımdır”– deyib.

İlk öncə  zorakılıq qurbanı olan qadınlarımızın, məişət zorakılığının qurbanı olan insanlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır deyən Q. Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir:

“Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik.Ona görə də mən qısa zaman da bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram…”.

Etikxeber.az

Read Previous

“Bu, islahatların yeni sima və həyatın yeni tələbləri ilə davam etdirilməsidir” – YAP RƏSMİSİ

Read Next

“İşinizdən razıyam, qərara gəldim ki, sizi Baş Nazirin müavini təyin edim” – PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir