Qafarova Şentopa başsağlığı məktubu-ÜNVANLADI…

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çoxsaylı insanların həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edir.

Etikxeber.az

Read Previous

“Türkiyə xalqının kədəri bizim kədərimizdir”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq…”-ƏLİYEV ƏRDOĞANLA DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir