“Qalatasaray” 16-cı dəfə bu kuboka yiyələndi – FOTOLAR

Futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.

Etikxeber.az xəbər verir ki, paytaxt Ankaranın “Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.

Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb – 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.

kubok-2

İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, “Cim-bom” superkuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.

Etikxeber.az

Read Previous

“İlk dəqiqələrdən oyuna düzgün yanaşmalıyıq…” – ROBERTO BORDİN – FOTO

Read Next

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir