İstanbulun “Qalatasaray” futbol klubu hücumçusu Bafetimbi Qomis ilə yollarını ayırıb.
Etikxeber.az xəbər verir ki, fransalı oyunçu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.
Bu barədə hər iki klubun saytında məlumat verilib.
Futbolçu yeni klubu ilə üçillik müqaviləyə imza atıb. Səudiyyə Ərəbistanı təmsilçisi bu transferə görə İstanbul klubuna 6 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 8 milyon avro maaş alacaq.
Qeyd edək ki, B.Qomis “Qalatasaray”a ötən mövsüm İngiltərənin “Suonsi” klubundan transfer edilib. Fransa millisinin sabiq üzvü ötən mövsüm 29 qol vuraraq Superliqanın bombardiri olub.
Etikxeber.az