“Qalatasaray” yenidən Terimlə anlaşır?

Türkiyənin “Qalatasaray” klubu Fatih Terimlə danışıqlara başlayıb.

Etikxeber.az xəbər verir ki, baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.

Artıq Terimin özü də sosial şəbəkədə “Harada qalmışdıq, Qalatasaray?” paylaşımı edib. Onun dekabrın 24-də Super Liqanın XVII turunda “Göztəpə” ilə oyunda “Qalatasaray”ın sükanı arxasında olacağı gözlənilir.

Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də “Qalatasaray”ın baş məşqçisi olub. O, “sarı-qırmızılar”a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kubokunu, 1 dəfə isə UEFA Super Kubokunu qazandırıb.

Etikxeber.az

Read Previous

BÖYÜK YOLUN YENİ İLİ -2 gün sonra İlham Əliyevin doğum günüdür

Read Next

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqladı: Millimiz 117-ci yerdədir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir