“Qaldırılan bütün məsələlərə cavab verilir, deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar…”-SAMİR ŞƏRİFOV İRADLARA BELƏ CAVAB VERDİ

İşğaldan azad edilmiş ərazilərin dövlət iqtisadiyyatına reinteqrasiyası növbəti illərdə prioritet istiqamətlərdən biri olacaq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O, bildirib ki, ümumiyyətlə, investisiya proqramları ilə bağlı qəbul edilən layihələrin gələcəkdə saxlanılması xərcləri də nəzərə alınmalıdır:

“Yeni modellərə keçid məsələsi burada qaldırılmışdı, bunlara baxılmalıdır. Burada həssas çıxışlara baxmayaraq, bildirim ki, qaldırılan bütün məsələlərə cavab verilir. Deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar”.

Eyni zamanda “Formalaşmış ənənəyə uyğun olaraq burada səsləndirilən şərh və təkliflərə həm Maliyyə Nazirliyində, həm də müvafiq qurumlarda baxılır”-deyən nazir bildirib ki, bu təkliflərin əsasında növbəti illərin dövlət büdcəsində maliyyə ayrılması ilə bağlı qərarlar qəbul edilir:

“Bu proses bu gün də davam etməkdədir. Onu da etiraf etmək yerinə düşər ki, əlavə vəsaitlərin ayrılması, ələlxüsus investisiya layihələrinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyindən vəsaitlərin ayrılması dövlət büdcəsinin real imkanlarının orta büdcə dayanıqlılığına mümkün təhdidlərin qiymətləndirilməsi əsasında baş verir. İlk növbədə sosial xərclərin maliyyələşdirilməsi, milli müdafiə və təhlükəsizlik məsələlərinin təmin edilməsi ön plana çəkilir. Növbəti illərdə də bu yanaşma tətbiq ediləcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qarabağı artıq minaya çevirmək mümkün deyil: Məhv edilən hər mina savaşın davamıdır, çünki minalar erməni ordusunun simasıdır!”-ZAHİD ORUC

Read Next

“Məmurlar deputatlarla danışanda üslüblarına diqqət etsinlər: Bundan sonra onların adlarını da çəkəcəyəm”-QƏNİRƏ PAŞAYEVA SƏRT DANIŞDI, MALİYYƏ NAZİRİ CAVAB VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir