Qalib Azərbaycan və onun Qalib Lideri İlham Əliyev Heydər Əliyevin Şah əsərləridir-JALƏ ƏLİYEVANIN YAZISI

Heydər Əlirza oğlu Əliyev!

Bu ad, bu soyad müasir, çağdaş Azərbaycanın tarixinə həqiqətən qızıl hərflərlə və əbədi olaraq, həkk olunmuş bir isim, bir soyaddır.

Azərbaycan son 52 illik tarixi bu Bütöv Şəxsiyyətin adı ilə bağlıdır.

1969-cu ilin 14 iyul tarixindən Azərbaycan xalqı Heydər Əliyev NURunda, İŞIĞIndadır, odur bizlərin yolana İŞIQ saçan, NUR saçan, MAYAK olan.

Bəli, məhz 1969-cu ilin tarixi 14 iyul günündə Azərbaycan xalqı böyük və unudulmayacaq bir hadisə yaşadı. Həmin gün Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi, sovetlər tərkibində olan Azərbaycanın birinci şəxsi oldu.

Hakimiyyətə gəlişi ilə də Ulu Öndərimiz qısa bir zaman kəsiyində bütün sahələrdə geridə qalan, tənəzzül dövrünü yaşayan, rüşvət girdabında çabalayan Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikalarından, sənaye mərkəzlərindən birinə çevirdi, Azərbaycanda rüşvəxtorluğa qarşı əsl müharibə başlatdı və Azərbaycanı bu biabırçılıqdan qurtardı, rüşvət bataqlığından çıxardı.

Bu gün də hər birimizin ekranlar qarşısında əyləşib sevə-sevə izlədiyimiz böyük sənət əsəri olan “İstintaq” filmi məhz böyük dövlət və siyasət adamı olan Heydər Əliyevin rüşvətxorluğa qarşı necə mübarizə elan etdiyinin və rüşvətə, rüşvətxotlara qarşı necə amansız, barışmaz olduğunun əyani nümunəsidir.

Bəli, Heydər Əliyevin işgüzarlığı, təşkilatçılıq bacarığı, idarəçilik qabiliyyəti Azərbaycanı dirçəltdi, ayağa qaldırdı.

70-ci illərin əvvəllərinə qədər barmaqla sayılacaq Azərbaycanlı Sosialist Əməyi Qəhrəmanlarının, SSRİ xalq artistlərinin sayı məhz Heydər Əliyevin sayəsində artıdı, çoxaldı, bütün yüksək tribunalardan Azərbaycan insanının, azərbaycanlıların səsi gəldi, eşidildi.

SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında oxuyan, təhsil alan azərbaycanlıların sayı yüzləri, minləri ötdü, etimad göstərilənlərin böyük əksəriyyəti əsl kadr kimi yetişdi, Vətəninə, Azərbaycanına döndü, elinə-obasına xeyir verdi.

Bəli, Heydər Əliyevin böyük, yüksək idarəçilik və təşkilatçılıq bacarığı, xarizması, nüfuzetmə qabiliyyəti nəhayətində keçmiş SSRİ rəhbərliyi tərəfindən də dəyərləndirildi, o, nəhəng bir ölkənin rəhbərliyinə yüksəldildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi.

Bu vəzifədə işlədiyi 5 il, 1982-87-ci illərdə də bir dövlət xadimi kimi, özünü doğrultdu, SSRİ rəhbərliyindəki siyasi elitanın ən hörmətlilərindən, ən layiqlilərindən biri kimi, özünü təsdiqlədi, tanıtdı. Elə bu keyfiyyətləri, bu üstünlüyü də onun düşmənlərinin sayını çoxaltdı, xüsusilə, Moskvadakı, Kremldəki ermənilər və onların himaydərları tərəfindən Ulu Öndərə qarşı kampaniya başladıldı, bu məsələdə də ən böyük dəstəkçi, ən böyük himayədar əli Azərbaycan xalqının qanına bulaşmış bədnam Mixail Qorbaçov oldu.

Ermənilər və onların dəstəkçiləri bədnam Qorbaçovun əli ilə Heydər Əliyevin istefasına nail oldular və bundan sonra istər Moskvada, istərsə də, Azərbaycanda Ulu Öndərə qarşı təqiblərə, hücumlara başlandı. Çox təəssüflər olsun ki, bu “siyasət” sonrakı illərdə, 1990-93-cü illərdə də davam etdirildi. Ancaq bu təqiblər, bu hücumlar Azərbaycan xalqında Heydər Əliyev Şəxsiyyətinə olan sevgini nəinki azaltdı, əksinə, daha da artırdı.

Eyni zamanda, bu Böyük Şəxsiyyətə qarşı bu kampaniyanı aparanlara və davam etdirənlərə nifrəti, qəzəbi birə-beş qat artırdı. İnsanlar, Azərbaycan xalqı bir daha birmənalı şəkildə özü üçün yəqin etdi ki, onun, bütövlükdə Azərbaycanın tək xilaskarı Heydər Əliyevdir. 1993-cü ilin məlum iyun hadisələri zamanı o vaxtkı hakimiyyətin özünün yalvarışları, eləcə də, Azərbaycan xalqının təkidli tələbləri nəticəsində Ulu Öndər yenidən hakimiyyətə-əvvəlcə Ali Sovetin sədri vəzifəsinə gətirildi, iyunun 24-dən isə ölkə Prezidentin səlahiyyətlərinin icrasına başladı.

Beləliklə, dağılmaq, parçalanmaq, ikinci dəfə müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan qısa bir zaman ərzində Heydər Əliyevin iradəsi, qətiyyəti, cəsatəri və müdrikliyi sayəsində bu təhlükələrdən, bu bəlalardan qurtuldu, tarixi “20-ci əsrin müqaviləsi”nin imzalanması ilə özünün yeni-inkişaf mərhələsinə qədəm qoydu.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi-ikici hakimiyyət dövründə, 1993-2003-cü illərdə ölkəmiz dünyanın sayılıb-seçilən, sözü, rəyi ilə hesablaşılan ölkələrindən birinə çevrildi, imzasını imzalar içinə şəstlə atdı.

Bəli, bügünkü çağdaş, inkişaf edən, Qalib Azərbaycan və onun Qalib, Müzəffər Lideri-ölkə Prezidenti cənab İlham Əliyev Heydər Əliyevin Şah əsərləridir.

Allah Ulu Öndərə qəni-qəni rəhmət etsin, onun Şah əsərləri olan müstəqil Azərbaycanı və Qalib Lideri-İlham Əliyevi qorusun!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…”-DEPUTAT DÖVLƏT QURUMLARINI HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI

Read Next

“Problemi yaradan qurum qalır kənarda, günahkar parlament olur…”-BƏHRUZ MƏHƏRRƏMOV BƏZİ İRADLARLA RAZILAŞMIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir