“Qalib gəlsəydik, daha yaxşı olardı” – QURBAN QURBANOV

Oyunumuzda çatışmazlıqlar var. Qış fasiləsindən sonra ilk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə oyundan sonra daha da hazır olacağıq. Üç xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq.

Etikxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə (1:1) keçirilən oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Oyunun maraqlı alındığını bildirən Q.Qurbanov deyib:

“Bu matçı əsl derbi adlandırardım. Hər iki komandanın qalib gəlmək istəyi hiss olunurdu. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Etikxeber.az

Read Previous

Sosial şəbəkələrdə ekstremizmə görə inzibati həbs qərarı qəbul edildi

Read Next

“Sonra çox gec olacaq…” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir