Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət-MUSA URUDUN NƏZƏR-NÖQTƏSİ

Dünən şəhidlərimizin anım günü idi.

Ölkəmizin hər yerində anım mərasimi tədbirləri keçirilirdi.

Saat 10.00- da Azərbaycan Respublukasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev anım günü münasibəti ilə xalqa müraciət etdi.

Biz cənab Prezidentin müraciətini Gəncənin baş meydanında qurulmuş geniş ekranlı monitordan izlədik, sonra Şəhidlər xiyabanındakı mərasimə yollandıq.Cənab Prezidentin dünənki mürəciəti bir çox aspektləri ilə tarixi xarakter daşıyırdı.Birincisi ona görə ki, Zəfər müharibəsinin başlanmasinin birinci il dönümü münasibəti ilə edilən bu çıxışda həm Qələbəyə aparan uzun, illərin çətin və məqsədyönlü fəaliyyəti təhlil olunur, həm 44 günlük müharibənin qalibiyyətli gedişi şərh edilir, həm də zəfər savaşından ötən bir ilin uğurları və siyasi- diplomatik gərginliyi xalqa tam açıqlığı ilə çatdırıldı.İkincisi, bu müraciətdə qalib sərkərdənin qüruru ilə yanaşı, öz xalqının, dövlətinin və bütünlüklə bölgənin gələcək taleyi, inkişafı ilə bağlı bir rəhbər müdrikiliyi və lider məsuliyyəti var idi.Bu müraciətdə bir inam var idi.

Öz xalqına, bu xalqın qədimlərdən gələn qədirbilənliyinə, haqsevərliyinə, etibarlılığına, birliyinə inam ! Özünün Ali Baş komandan kimi yaratdığı, müasir döyüş qabiliyyətli, qalibiyyət ruhlu, peşəkar və məsuliyyətli ordusuna sarsılmaz güvənc var idi bu çıxışda. Həm də, məhz onun hakimiyyəti illərində böyük vətənpərvərlik tərbiyəsi və milli ruhda boyüyən, Vətənin hər qarışı uğrunda qəhrəmanlıqla döyüşən, doğma torpaqlar üçün şəhidlik şərbətini içməyə hazır olan gənclərimizdən, şəhid oğlunun bayrağa bükülmüş cənazəsini ” Təki Vətən sağ olsun” təskinliyi ilə cənnətə yola salan ata- ananın mərdliyindən doğan qürur var idi bu müraciətdə! Bu çıxışda şəhidlərə, qazilərə, onların şücaətinə, qəhrəmanlığına böyük hörmət və ehtiram var idi.Bu çıxışda işıqlı sabaha, xoş gələcəyə böyük inam və çağırış var idi. İşğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, bərpası, yenidən qurulması, başlanan və böyük əzmlə davam edən infrastruktur layihələri, çəkilən yollar, tikilən hava limanları, salınan körpülər, tunellər, açılacaq kommunikasiyalar, Zəngəzur dəhlizi…

Yeni yaşayış şərtləri və geri dönüşü daha yüksək səviyyədə təqdim edəcək ağıllı kəndlər, şəhərlər, ölkəmizi dünyaya yenidən daha inkişaf etmiş, daha zəngin, yeni çağırışlara təkcə cavab verən deyil, həm də yeni çağırışlar təklif edən qüdrətli bir dövlət kimi təqdim etməyə imkanlar yaradacaqdır. Bölgədə ədalətli və davamlı sülh təmin ediləcəkdir, sərhədlərin tanınması prosesi başlayacaqdır, Azərbaycanın və qardaş Türkiyənin təklif etdiyi əməkdaşlıq platforması işə düşəcəkdir. Cənab İlham Əliyev dəqiq bilir ki, öz doğma xalqı ilə birlikdə bunları bacaracaqdlr!

Ali Baş Komandanın anım günü ilə bağı xalqa müraciətində cəsarətlə söylədiyi fikirlər həm də dünya güclərinə bir çağırış idi: biz hər bir dövlətin ərazi bütövlüyünə, daxili siyasətinə hörmətlə yanaşırıq, iç işlərinə qarışmırıq, buyurun, sizlər də bizə eyni münasibəti sərgiləyin.

“Dağlıq Qarabağ adlı ölünü” kim diriltmək istəyirsə, öz ölkəsində diriltsin! Hər kəs Azərbaycanın qəti mövqeyini bilsin, xalqın iradəsini əks etdirən bu mövqeyi anlasın və öz dərsini götürsün!

Azərbaycan xalqının and yerinə, birlik simvoluna çevirilmiş şəhidlərimizin müqəddəs qanı bahasına bərpa etdiyimiz ərazi bütövlüyümüzü sarsıtmağa heç kəsə imkan verməyəcəyik!

Qarabağ Azərbaycandır!!!

Musa URUD (QULİYEV)

Millət vəkili

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin ilk Şəhidləri: Qızılhacılılı Fariz Qurbanov və Elman Həsənov, Tap-Qaraqoyunlulu Hidi Vəliyev, Mingəçevirli Əli və İslam Əhmədovlar…-MƏZARLARI ZİYARƏT OLUNDU, RUHLARINA DUALAR OXUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Nərimanov rayonunda yolların yenidən qurulmasına 6.4 milyon-MANAT AYRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir