“Qalib xalq və qalib ölkə kimi daim əbədi yaşayacağıq”-MİLLƏT VƏKİLİ

II Qarabağ müharibəsindən, bizi böyük Zəfərə aparan o tarixi günlərdən iki il ötür. Bizə bu qələbəni yaşadan, torpaqlarımız uğrunda öz canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. 

27 sentyabr tarixində cənab Prezident İlham Əliyevin Anım Günündə Füzuli rayonuna səfəri xüsusi əhəmiyyət kəsb edirdi. 2 il əvvəl məhz elə həmin tarixdə, müharibənin ilk günündə Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etmişdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları ordan başlamışdı. 

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra əsas diqqət işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasına yönəldi. Prezident İlham Əliyevin göstərişi ilə bir çox layihə icra olundu. Qarabağda və Şərqi Zəngəzurda hava limanları, yeni avtomobil yolları istifadəyə verildi. Hələ qarşıda görüləcək çox işlər var. Tezliklə Qarabağ və Şərqi Zəngəzur torpağının sakinləri öz doğma yurdlarına qayıdacaqlar.

Onun sözlərinə görə, Azərbaycan xalqı öz gücünü, birliyini, iradəsini 44 günlük Vətən müharibəsində göstərdi. Prezidentimizin qətiyyətli mövqeyi, ordumuzun qüdrəti və xalqımızın birliyi bizə bu Zəfəri gətirdi. Müharibənin hər ötən günündə Azərbaycan Ordusu irəlliyə doğru addımlayırdı. Ordumuz bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı. Azərbaycanın əsgər və zabitləri çətin müdafiə xətlərini, maneələri yararaq hədəflərinin ardınca getdilər, şanlı bayramğımızı Şuşa şəhərində dalğalandırdılar.

“Tarixi 44 gün ərzində Azərbaycan Ordusunun igid övladları 300-ə yaxın yaşayış məntəqəsini düşmən tapdağından azad etdi. Hər birimiz o bölgələrin necə çətin relyefə, şəraitə sahib olduğunu bilirik. Həmin şəraitdə belə möhtəşəm qələbənin əldə edilməsi ordumuzun hansı səviyyədə inkişaf etdiyinin göstəricisidir.

Ölkəmiz bundan sonra da ərazi bütövlüyümüz üçün mübarizə aparacaq. Xalqımız daima müstəqilliyimizin keşiyində dayanacaq. Şəhidlərimizin qanı bahasına alınan bütün torpaqlarımızda daima üçrəngli bayrağımız dalğalanacaq. Biz daima müzəffər xalq və qalib ölkə kimi əbədi yaşayacağıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sıxlıq olan yollar-BAKIDA

Read Next

Azərbaycan Ermənistanla delimitasiya komissiyasının iclasının noyabrdan oktyabra keçirilməsini-TƏKLİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir