Qan qrupu artıq xüsusi kağızla müəyyən olunacaq

Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb.

Etikxeber.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “www.rosbalt.ru” saytı xəbər yayıb. Məlumata görə, yeni metod ekstremal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir.

Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyən edə bilirlər.

Etikxeber.az

Read Previous

Baş katib Berti Foqtsla görüşdü – FOTO

Read Next

Idmançılarımız İspaniyada keçiriləcək Avropa kuboku yarışlarında iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir