Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Parma”-nın keçmiş yarımmüdafiəçisi, ötən mövsüm İtaliya çempionatının 5-ci divizionunda, “İmoleze” klubunda çıxış edən qanalı futbolçu Solomon Nyantaki 43 yaşlı anası və 11 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.
Etikxeber.az məlumat verir ki, bu barədə “Football Italia” xəbər verib.
Məlumata görə, 21 yaşlı futbolçu cinayəti yaşadığı mənzildə törədib.
Onun Milanda saxlanıldığı bildirilir.
İlkin dindirilmə zamanı o, cinayəti boynuna alıb. Hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
Etikxeber.az