Qanlı şənbə: Bağdadda 50-dən çox insan terror qurbanı olub

İraqın paytaxtı Bağdadda matəm mərasiminə, polis nəzarət-buraxılış məntəqəsinə və hərbiləşdirilmiş dəstənin başçısının evinə terror hücumları nəticəsində 55-ə yaxın insan həlak olub.

Etikxeber.az Reuters agentliyinə istinadla xəbər verir ki, terror hücumları İraq güc strukturlarının İŞİD-in nəzarətində olan Mosul şəhərinin geri alınması üçün apardıqları hazırlıq fonunda baş verib.

Ən çox tələfata paytaxtın cənubunda yerləşən Əş-Şaab rayonundakı bazar meydanında Aşura günü ilə əlaqədar qurulmuş matəm çadırında törədilmiş partlayış səbəb olub. İzdihama yaxınlaşan terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində 41 nəfər ölüb, 33 nəfər yaralanıb. Partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

Agentliyin məlumatına görə, bundan başqa, İŞİD yaraqlılarından olduğu ehtimal edilən bir qrup sılahlı şəxs Bağdadın şimalında iki hücum həyata keçirib. Onlardan birinin hədəfi polis nəzarət-buraxılış məntəqəsi, digərinin hədəfi isə İŞİD-ə qarşı çıxış edən hərbiləşdirilmiş dəstənin lideri Numan əl- Mucamayın evi olub.

Nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 8 asayiş keşikçisi həyatını itirib, 11 nəfər yaralanıb. Həmçinin 3 terrorçu öldürülüb. Hərbiləşdirilmiş dəstə liderinin evinə hücum isə onun arvadının və üç uşağının ölümü ilə nəticələnib. Polis tərəfindən təqib edilən terrorçular özlərini partladıblar.

Etikxeber.az

Read Previous

Ronaldinyo “Barselona”nın səfiri vəzifəsini icra edəcək

Read Next

Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının regional seminarı 2018-ci ildə Bakıda keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir