Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclası keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, iclasda “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Dəyişikliyə görə, qanunun 1.3.0.4-cü maddəsində “keyfiyyətinə” sözündən sonra “effektivliyinə” sözünün əlavə edilməsi təklif olunur.
Həmçinin, 2.3.0.5-ci maddədəki “səmərəli” sözünün “effektivliyinə” sözü ilə əvəzlənməsi təklif edilir.
Bununla yanaşı, qanunun 14-1.2-ci maddəsinə “tərkibli” sözündən sonra “və eyni dozalı” sözlərinin əlavə edilməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunacaq
Kamil HƏMZƏOĞLU
Etikxeber.az