Qanunsuz erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması prosesi-MÜZAKİRƏ OLUNDU – FOTO

10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Etikxeber.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini, general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair yaydığı məlumatda bildirilib.

Qeyd oluntb ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

Etikxeber.az

Read Previous

DİN-dən texniki baxışdan keçməyən sürücülərə-MÜRACİƏT

Read Next

34 yeni yoluxma-7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir