“Qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur ki…” – RƏHİMZADƏ

 “Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunurlar.  Ancaq bu tikililər rəsmiləşdirilməyiblər”. 
Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. 
 
Onun sözlərinə görə, bu  qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi isə bələdiyyələrin öz səlahiyyətlərini və ərazi sərhədlərini müəyyənləşdirə bilməməsi ilə bağlıdır:
 “Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud, başqa bələdiyyəyə və ya hansısa quruma  məxsusdur… Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb.  Bələdiyyənin ərazisi dəqiqləşdirilib,  xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud, ərazisi deyil. Xəritələr müəyyənələşəndən sonra bu problemlərin həlli daha asan olacaq”.
Komitə sədri əlavə edib ki,  indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi, satması halları olub.
“Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, bir çox bələdyyələr indiyə qədər əraziləri haradır,xəritələri harada başlayır, harada qurtarır, bu barədə məlumatları yoxdur ”- deyə, o, vurğulayıb.
 
Komitğə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq, Reyestr Xidmətinə verildiyini nəzərə çatdırıb:
 “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.
Etikxeber.az

Read Previous

Komitə sədrinin müavini Prezidentin fərmanını alqışladı

Read Next

“Bu fərmandan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac olmayacaq…” – İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir