Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açıldı

Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

Etikxeber.az  xəbər verir ki, qar uçqunu fevralın 17-si səhər saatlarında Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qeydə alınıb. Uçqun nəticəsində yola bir neçə metr hündürlüyündə qar tökülüb. Yolun bağlanması nəticəsində həmin istiqamətdə yerləşən 8 kəndlə nəqliyyat əlaqəsi kəsilmişdi.

“Azəravtoyol” ASC-nin yerli qurumunun əraziyə cəlb olunan işçi qüvvəsi və ağır texnikası günün ikinci yarısında yolu qardan təmizləməyə müvəffəq olub.

Hazırda avtomobillərin Xınalıq istiqamətində hərəkətində problem yoxdur. Bununla belə əraziyə yalnız qarlı havaya uyğun xüsusi nəqliyyat vasitələri ilə getmək tövsiyə edilir.

Etikxeber.az

Read Previous

Danford-Gerasimov görüşməsi Azərbaycanın artan nüfuzundan xəbər verir – BİRİNCİ VİTSE-SPİKER

Read Next

“Əliyev Moskvaya yalnız iki nəfəri-mühafizə xidmətinin rəisini və aşpazını gətirdi…” – Soloduxin

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir