Qar yağacaq-SABAH…

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Oktyabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Etikxeber.az

Read Previous

Bir il keçdi: Subay, 3 medallı-MAXE CALAL CALALZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-CALAL CALAZADƏNİN MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ…-FOTOSESSİYA – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir