Qar yağacaq, yollar-BUZ BAĞLAYACAQ

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a bildirilib ki, güclü şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə və gündüz  75-85%  olacaq.  

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  3-8° şaxta olacaq. 

Yolların buz bağlama ehtimalı var. 

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva-SƏS VERDİ…- YENİLƏNİB

Read Next

“Deputatlğa namizədlər Sitarə Zeynalova və Mirhəsən Cabbarov Gəncədə səsverməyə müdaxilə edir…” – İDDİA – FOTO-VİDEO-YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir