“Qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir…”-DEPUTATIN BAXIŞI

Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir.

Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin düçar olduğu problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşması hesab oluna bilər.

Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını hazırda uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır. 

Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir.

Bir neçə gün bundan öncə “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi isə ölkəmiz üçün olduqca vacib hadisədir. Xatırlatmaq yerinə düşər ki, “Abşeron” yatağının istifadəyə verilməsi də məhz Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək.

Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində  isə yeni mənbələrdən hasilat artacaq. Bununla da Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır və artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır.

Son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına müsbət təsir göstərmişdir.

Regionların tarazlı inkişafı, sahibkarlara geniş rəvac verilməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm uğurlar qazanılmışdır.

Bütün bunların əsasında isə məhz ölkəmizin dərin düşünülmüş və uğurla reallaşdırılan neft strategiyası durur desək, daha doğru olar.

Çünki bugünkü Azərbaycanda cənab Prezidentin tələbi ilə “qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir. 

Anar MƏMMƏDOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Uşaqlığım, yeniyetməlik illərim Qarabağda keçib… Bu, bir faktdır ki, Qarabağ erməniləri Heydər Əliyevin adından belə qorxurdular…Uşaq olsaq da, bunu daima hiss edirdik…”-MİLLƏT VƏKİLİ ÖLKƏ PREZİDENTİNİN SON BƏYANATLARINDAN, MESAJLARINDAN DANIŞDI

Read Next

“Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar…”-ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir