“Qarabağ” avrokubokların 1/8 finalına-YÜKSƏLDİ – FOTO – YENİLƏNİB – (5)

Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında cavab oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk matçda “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.

***

Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

Matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

***

Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.

Matçın 83-cü dəqiqəsində qonaqların futbolçusu Alvaro Calo növbəti topu Ağdam təmsilçisinin qapısından keçirib.

***

Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçirilən cavab matçında əlavə vaxt oynanılacaq.

Buna matçın əsas vaxtının qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatması səbəb olub.

İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.

Ümumi hesab bərabərləşdiyindən qalib əlavə vaxtda, ehtiyac yaranarsa, penaltilər seriyasında müəyyənləşəcək.

***

 Bakıda “Qarabağ” və Portuqaliyanın “Braqa” komandaları arasında keçirilən cavab matçında 3-cü qol vurulub.

103-cü dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva hesab arasındakı fərqi minimuma endirib – 1:2.

***

Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib.

83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bırabərlışib – 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub.

103-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib – 1:2. Qonaqlar 115-ci dəqiqə Simon Banza penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb.

Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn “Qarabağ” ili görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

Etikxeber.az

Read Previous

Lənkəranın antiterror Şəhidi, ailənin iki oğlan övladından biri-ELSEVƏR QARDAŞZADƏNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, SABAH 20 YAŞI TAMAM OLUR…

Read Next

Xeyli silah-sursat tapıldı-XANKƏNDİDƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir